Tovuzda dəhşətli olay: qatarın altında qalan gəncin ayağı qopdu
19 avqust 2011 13:50 (UTC +04:00)

Tovuzda dəhşətli olay: qatarın altında qalan gəncin ayağı qopdu

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Bakı-Qırmızı körpü dəmir yolu xəttinin Qovlar stansiyası yaxınlığında Dönük Qırıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Qasımov Elnur Xəlil oğlu qatarın altında qalıb.

Məlumata görə, hadisə baş verən zaman E.Xəlilov sərxoş vəziyyətdə olub, qatar onun üstündən keçib və ayağını bədənindən ayırıb. Hadisədən dərhal sonra gənc oğlan xəstəxanaya aparılıb və onun sağ ayağı amputasiya olunub.

Hüquq-mühafizə orqanlarının nümayəndələri bədbəxt hadisə zamanı yaralanan gəncin evinə gələrkən acınacaqlı halla qarşılaşıblar. Məlum olub ki, E.Xəılilovun anası yeni dünyasını dəyişib. Atası isə sərxoş vəziyyətdə olub.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 700

Oxşar yazılar