Daş karxanasında dəhşətli faciə
Qaradağ rayonu ərazisindəki daş karxanalarının birində növbəti faciəli hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Müşfiq MMC”-yə məxsus mişar daşı karxanasında işləyən Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Allahverdi Abbasov bədbəxt hadisə nəticəsində ölüb.
Həmin karxanada işləyən 20 yaşlı A.Abbasov mişar daşı kəsən kombaynın altına düşüb. Gəncin bədəni bir neçə hissəyə bölünüb.
Qeyd edək ki, fevral-mart aylarında Qaradağ və Abşeron rayonu ərazisindəki karxanalarda 4 belə hadisə olmuş və 4 nəfər işçi ölmüşdü.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Nizam RZA

Oxşar yazılar

Qax sakini şəlalədən yıxıldı
9 may 2025 , 16:46
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02
Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23
Bank kartlarından 11 min manatdan çox pul oğurlandı
9 may 2025 , 10:05
Velosipeddən yıxılan 12 yaşlı uşaq komaya düşdü
8 may 2025 , 23:31
Marketdə çalışan qadın iş yerində öldü
8 may 2025 , 22:40