Ermənilər “soyqırım” günü 3 azərbaycanlını güllələdilər
24 aprel 2011 22:53 (UTC +04:00)

Ermənilər “soyqırım” günü 3 azərbaycanlını güllələdilər

0
Moskvada nəşr olunan “Yeni səs” qəzetinin redaksiyasından Tverdəki mənbələrə istinadən Lent.az-a verilən məlumata görə, gündüz saatlarında erməni millətindən olan bir qrup şəxs azərbaycanlılara pusqu quraraq, onları şəhərin “Karxana” deyilən ərazisinə çağırıblar. Onlar arasında baş verən davada Tver sakinləri - Cahangir, Vüqar və Elşən adlı soydaşlarımız güllə yarası alıblar. Sonuncunun vəziyyəti daha ağır olduğu üçün o, xəstəxanaya yerləşdirilib. Cərrahiyyə əməliyyatı keçirən soydaşımızın bədənindən bir güllə çıxarılıb və o, təkrar əməliyyata götürülüb.
Adları çəkilən digər iki soydaşımızın isə qolundan yaralandığı bildirilir. Azərbaycanlıların kütləvi şəkildə xəstəxanaya toplaşmasına isə yerli polislər müdaxilə edib, onları xəstəxananın həyətinə buraxmayıblar.

Qeyd edək ki, Rusiya vətəndaşı olan soydaşlarımız - Cahangir Balakən, Elşən Kürdəmir, Vüqar isə Kəlbəcər rayonlarındandırlar. Məlumatı Tver şəhərində yaşayan soydaşımız Qabil Məmmədov verib.

Tünzalə Vəliqızı,
Moskva
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 681

Oxşar yazılar