“…deyəcək ki, bu bir zarafat idi”
Bu gün günorta saatlarında ürək tutmasında qəflətən vəfat edən Milli Məclisin keçmiş üzvi, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovu cənazəsi “Təzə Pir” məscidinə aparılıb. Onun ölümü hər kəsi sarsıb. Dostları və tanıyanlar çətin də olsa, barəsində bir neçə kəlmə deməyə özlərində güc tapıblar.
“Təzə Pir” məscidində ANS-ə açıqlama verən tanınmış şoumen, A.Məmmədxanovun dostu Murad Dadaşov deyib ki, Anar Məmməxanov Azərbaycan üçün kifayət qədər böyük nailiyyətlər qazanmış və qələbələr gətirmiş insan idi. O bildirib ki, heç vaxt düşünməzdi ki, nə vaxtsa onun ölümü haqqında söz deməli olacaq: “Düzdür, yaşca mən Anardan balacayam. Anar şərəfli bir ömür yaşayıb. Mən hələki şokdayam və hələ də bu hadisəni hiss etmirəm və düşünürəm ki, bu gün qurtaracaq. Yenə də Anar zəng edəcək və deyəcək ki, bu bir zarafat idi. Bu hələ də mənə yuxu kimi gəlir”.
Musiqiçi Rasim Müzəffərli isə deyir ki, dünən onunla yeni bir layihə haqqında danışıbmış: ““Allahın musiqisi” adlı muğama həsr olunmuş bədii-sənədli bir filmdir. Artıq filmin ssenarisi də hazır idi”.
R. Müzəffərli bildirib ki, Anarın gördüyü, görmək istədiyi işlər çox idi: “Bircə onu istərdim ki, bu işlər yarımçıq qalmasın. Allah ona rəhmət eləsin, millətimizə başsağlığı verirəm”.
ANS TV

Oxşar yazılar

Qax sakini şəlalədən yıxıldı
9 may 2025 , 16:46
Yeddinci mərtəbədən yıxılan qız sağ qaldı
9 may 2025 , 16:04
Masallıda "Prado" aşdı, sürücünün övladları və qohumu öldü - YENİLƏNİB
9 may 2025 , 16:02
Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23
Bank kartlarından 11 min manatdan çox pul oğurlandı
9 may 2025 , 10:05
Velosipeddən yıxılan 12 yaşlı uşaq komaya düşdü
8 may 2025 , 23:31
Marketdə çalışan qadın iş yerində öldü
8 may 2025 , 22:40