Günün tarixi
25 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1599. İngilis siyasi və hərbi xadimi Oliver Kromvel anadan olub

1607. Holland donanması Cəbəllüttariq boğazında ispan donanmasını məğlub edib

1744. İsveçli fizik Anders Selsi anadan olub. Temperatur vahidi onun şərəfinə adlandırılıb

1792. Parisdə ilk dəf qilyotinlə kütlə qarşısında edam həyata keçirilib

1911. Bakıda Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının ilk tamaşası keçirilib

1918. Bakı Soveti Xalq Komissarları Şurası təsis edilib

1926. Rza xan Pəhləvi özünü şah elan edib

1946. Rus siyasətçi, LDPR-in sədri Vladimir Jirinovski anadan olub

1962. Türkiyədə Konstitusiya məhkəməsi qurulub

1969. Milli qəhrəman Albert Araqunov anadan olub

1974. Portuqaliyada qərənfil inqilabı qələbə çalıb

1981. “Formula 1” pilotu Felipe Massa anadan olub

1989. Aysel Teymurzadə anadan olub

2000. Zakir Qaralov Azərbaycan Respublikasının baş prokuroru təyin edilib

2005. Bolqarıstan və Rumıniya Avropa Birliyinə daxil olmaq üçün müzakirələrə başlayıb

2009. Ermənilər Obamanı seçkiöncəsi vədini yerinə yetirməməkdə (daha doğrusu uydurma soyqırımı tanımamaqda) günahlandırıb.

Günün aforizmi

“Tərbiyəsizliyin çarəsi var, ağılsızlığın yox”

Adıgey atalar sözü
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar