Hacıqabulda mikroavtobus aşdı: 1 ölü, 18 yaralı
22 aprel 2011 13:29 (UTC +04:00)

Hacıqabulda mikroavtobus aşdı: 1 ölü, 18 yaralı

Bu barədə APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Hadisə bu gün saat 10.00 radələrində Bakı-Qazax yolunun 112-ci kilometrliyində qeydə alınıb. Qəzaya uğrayan Bakı Dərin Özüllər Zavoduna məxsus “Hyundai” markalı avtobus sərnişinləri Goranboy rayonuna yas mərasiminə aparırmış. Qəza nəticəsində ölən sərnişin 1960-cı il təvəllüdlü Bakı şəhər sakini Əliyeva Pakizə Piri qızıdır. Qəzada xəsarət alan yaralılar Şirvan və Hacıqabul rayon xəstəxanalarına çatdırılıb, onlara ilkin yardım göstərilib.

Faktla bağlı BDYPİ-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar