Xəzərdə bir gündə 6 nəfər batıb
22 aprel 2011 10:18 (UTC +04:00)

Xəzərdə bir gündə 6 nəfər batıb

Aprelin 21-də Xəzərin Azərbaycana aid hissəsində, Şabran rayonunun sahil istiqamətində qayıqla balıq tutmağa çıxmış daha iki nəfər yoxa çıxıb. Şabran rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Dəvəçikənd sakinləri Samir Şadıyev Cabir Əhmədov mühərriksiz qayıqla dənizə çıxıblar. Lakin sonradan həmi şəxslərlə mobil əlaqə kəsilib.

İlkin ehtimala görə, onların qayıqları batıb. ərazidə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri axtarışlar aparırlar.

Qeyd edək ki, aprelin 21-də Xəzərin Sumqayıt sahil istiqamətində 4 nəfər heyəti olan balıqçı qayığı da batıb. Həyata keçirilən tədbirlər nəticəsində onlardan ikisinin cəsədi tapılıb. Digər iki nəfərin axtarışları isə davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar