Bakıda elektrik dirəyi maşının üstünə düşdü
18 aprel 2011 10:25 (UTC +04:00)

Bakıda elektrik dirəyi maşının üstünə düşdü

Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, Dərnəgül şossesində, “Burç FM” binasının qarşısında elektrik dirəyi yolun kənarındakı avtomobilin üstünə aşıb. Nəticədə 10 FF 806 nömrə nişanlı “VAZ 2107” markalı avtomobilə ciddi ziyan dəyib. Maşının şüşələri sınıb, tavanı xeyli dərəcədə əzilib.


Xoşbəxtlikdə yaxınlıqda və avtomobildə kimsə olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyini araşdırmaq və vəziyyəti aradan qaldırmaq üçün əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar