“2 aprel aksiyasında 40 nəfər yaralanıb, 13 obyektə ziyan dəyib” - MÜSAHİBƏ
Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyanda baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyevin APA-ya müsahibəsi
- Aprelin 2-də paytaxtın mərkəzində keçirilmiş aksiya ilə əlaqədar Bakı şəhər prokurorluğunda başlanmış və istintaqı davam edən cinayət işinin təfərrüatları barədə nə deyə bilərsizшiz?
- “İctimai Palata” adlanan quruma daxil olan AXCP, Müsavat, AMİP və KXCP üzvlərinin, digər şəxslərin aprelin 2-də Bakı şəhərinin “Fəvvarələr” meydanında, Nizami küçəsində və digər ərazilərdə qanunsuz kütləvi aksiya keçirməsi nəticəsində ictimai qayda kobud surətdə pozulub, ictimai asayişin qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq edilməklə müqavimət göstərilib. Hadisə zamanı bir sıra ticarət, ictimai iaşə və digər obyektlərə, o cümlədən vətəndaşlara və polisə məxsus nəqliyyat vasitələrinə zərər dəyib. Həmin faktla bağlı aprelin 2-də Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 233 və 315.1-ci maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb.
- İstintaqla bağlı bu günədək neçə nəfər cinayət məsuliyyətinə cəlb edilib?
- İstintaq zamanı 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub, o cümlədən 9 şəxsə Cinayət Məcəlləsinin 233-cü maddəsi, 2 şəxsə isə həmin məcəllənin 233 və 315.1-ci maddələri ilə ittiham elan olunmaqla, onlardan 10 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət məsuliyyətinə cəlb olunanlardan 6 nəfəri AXCP-nin, 4 nəfəri Müsavat Partiyasının üzvü, 1 nəfər isə bitərəfdir.
- Aprelin 2-də keçirilən aksiya zamanı xəsarət alanlar olmuşdumu? Olmuşdusa, onların arasında polis əməkdaşları vardımı?
- Cinayət işinin istintaqı üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizaları ilə aksiya zamanı ümumilikdə 40 nəfərin xəsarət aldığı müəyyən edilib. Onlardan 24 nəfəri polis əməkdaşı, 16 nəfəri isə aksiya iştirakçısı olub.
- Siz agentliyimizə açıqlamanızda aksiya zamanı bir sıra obyektlərə maddi ziyan vurulduğunu bildirmişdiniz. Həmin hallar istintaqla təsdiqini tapdımı? Əgər bu təsdiqini tapdısa, zərər çəkən obyektlərin adlarını və dəyən ziyanın miqdarını açıqlaya bilərsinizmi?
- İstintaqın hazırkı mərhələsinədək 15 ədəd polis avtomaşını, 4 ədəd isə vətəndaşlara məxsus avtomaşınlara zərər vurulması müəyyən edilib. Həmin ziyanın miqdarı 10 min 481 manatdır. Bundan başqa, 13 obyektin şüşə və pəncərələri sındırılıb, eləcə də obyektlərin içərisində olan predmetlərə ziyan vurulub. Ziyanın miqdarı 3 min 794 manat təşkil edir. Ümumilikdə vurulmuş maddi ziyanın məbləği 14 min 275 manatdır.
- KİV-də aksiyada təxribatçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin olduğu yazılır. Bununla bağlı internet saytlarında da bəzi videogörüntülər yerləşdirilib. İstintaq materiallarında belə hallar təsdiqini tapıbmı? Və ümumiyyətlə, bununla bağlı araşdırma aparılırmı?
- İnternetdə yerləşdirilmiş videogörüntülər və kütləvi informasiya vasitələrində dərc olunan məqalələrdən irəli gələn məsələlər ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

503