Murovda 7 hərbçini öldürənin kimliyi bilindi
Lent.az xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov deyib. Baş prokuror bu cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin aparıldığını bildirib: Zəruri istintaq tədbirləri və ekspertizalar həyata keçirilib. Məlum olub ki, hadisəni törədən də ölənlərin arasındadır. Hadisənin səbəbləri araşdırılır. Həmin hərbi hissədə çoxlu qanun pozuntusu olub, rəhbərlikdə xeyli dəyişiklik edilib, bəzi şəxslər cəzalandırılıb”.
Qeyd edək ki, fevralın 20-də Şəmkir korpusuna daxil olan “N” saylı hərbi hissədə 7 hərbçinin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) dünyalarını dəyişiblər. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İnsident baş vermiş hərbi birləşməsinin komandiri Çingiz Şəfiyev vəzifəsindən azad olunub. Onun hərbi rütbəsi bir pillə aşağı endirilib.
Ç. Şəfiyevin yerinə hərbi birləşmənin komandiri vəzifəsinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin olunub.
Nizam RZA

Oxşar yazılar

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu
27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB
26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı
26 iyul 2025 , 21:27
Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü
26 iyul 2025 , 20:17Əkin sahələrini yandıranlar saxlanıldı
26 iyul 2025 , 20:11
Siyəzəndə kirayənişin müəmmalı şəkildə öldü
26 iyul 2025 , 19:27
Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü
26 iyul 2025 , 18:25