Bakıda dəhşətli qətl
Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, General Mehmandarov küçəsi 92 ünvanda yerləşən “Təqvim” kafesində 1980-ci ildə Şəkidə anadan olmuş Abdullayev Sirxan Abdulcabbar oğlu Volodya adlı şəxsi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Lent.az-ın digər mənbələrdən əldə etdiyi məlumata görə, ötən gecə S.Abdullayev, “Volodya” adı ilə təqdim olunan Xəlilov Dünyamin Vaqif oğlu və 1982-ci il təvəllüdlü Baxşəliyeva Sevda Əli qızı kafedə yeyib-içiblər. Onların hər üçü sərxoş olub və saat 02 radələrində aralarında dava düşüb. Bu zaman D.Xəlilov S.Baxşəliyevanı yanbızından bıçaqla vurub. S.Abdullayev isə həmin bıçağı alaraq, D.Xəlilova, ilkin məlumata görə, 50-yə yaxın zərbə endirib.
D.Xəlilov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. S.Baxşəliyevanın xəsarəti yüngül olduğu üçün ilkin tibbi yardım göstərilərək, xəstəxanadan buraxılıb. S.Abdullayev saxlanılıb.
Qeyd edək ki, 31 yaşlı S.Abdullayev 16 il məhkumluq həyatı yaşayıb.
Nizam Rza

711