Bakıda kişi arvadını döyüb öldürdü
15 aprel 2011 10:16 (UTC +04:00)

Bakıda kişi arvadını döyüb öldürdü

Bakıda dəhşətli qətl hadisəsi baş verib.


Xətai rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, Bakı sakini, 1964-cü il təvəllüdlü Qurbanov Ehtiram Əndiyaz oğlu arvadını döyərək öldürüb. O, aprelin 13-də həyat yoldaşı, 1972-ci il təvəllüdlü Qurbanova Asifə Hacı qızını möhkəm döyüb, başına küt alətlə xəsarət yetirib. Ağır yaralanmış qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən aprelin 14-də xəstəxanada keçinib.


Hadisənin səbəbi hələlik məlum deyil. E.Qurbanov tutulub, barəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar