DİN: Razılaşdırılmamış aksiyaya imkan verilməyəcək
Bu gün Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın (İP) aprelin 17-də mitinq keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verib. Lent.az-ın məlumatıma görə, İcra Hakimiyyəti İP-ya 20-ci sahə adlanan ərazidə yer ayırıb. Qarşı tərəf isə mitinqi Nərimanov meydanında keçirmək istədiklərini, əks halda paytaxtın mərkəzindəki “Sahil” bağında toplaşacaqlarını bəyan edib.
Daxili İşlər Nazirliyi isə paytaxtda razılaşdırılmamış aksiyaya imkan verməyəcəklərini bildirir. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a istənilən qanun pozuntusunun qarşısını qətiyyətlə alacaqlarını bildirib: “Bakı şəhər İcra Hakimiyyəti onlara tədbirlərini keçirmək üçün müvafiq yer ayırıb. Əgər həmin ərazidə aksiyalarını keçirsələr, biz təhlükəsizliyi yüksək səviyyədə qoruyacağıq. Lakin digər yerlərdə razılaşdırılmamış və qanunsuz aksiyaya cəhd etsələr biz bunun qarşısını qətiyyətlə alacağıq. Asayişi pozan, polisin qanuni tələbinə məhəl qoymayan şəxslər isə qanun qarşısında cavab verəcək”.
Qeyd edək ki, İP bundan əvvəlki aksiyalarını Fəvvarələr Meydanında keçirmək istəsə də, polis bunun qarşısını almış və xeyli aksiya iştirakçısı saxlanmışdı.
Nizam RZA

Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45