35 yaşlı qadının başını keçmiş əri kəsib - TƏFƏRRÜAT
14 aprel 2011 16:51 (UTC +04:00)

35 yaşlı qadının başını keçmiş əri kəsib - TƏFƏRRÜAT

Bu gün Bakıda baş vermiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, saat 14:00 radələrində Nərimanov rayon Z.Xəlil küçəsində başı kəsilərək öldürülən 1976-cı il təvəllüdlü Abdullayeva Gümüş Abdulla qızının qatili müəyyənləşib. Onu keçmiş əri Elçin Babazadə qətlə yetirib.


Qətlə yetirilmiş G.Abdullayevə 1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. O, E.Babazadədən 15 il əvvəl boşanıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının nümayəndələri şahid ifadələrinə əsaslanaraq bu qənaətə gəliblər. Hazırda E.Babazadənin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində iş aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 630

Oxşar yazılar