Bakıda 35 yaşlı qadının başını kəsdilər
14 aprel 2011 15:25 (UTC +04:00)

Bakıda 35 yaşlı qadının başını kəsdilər

Aprelin 14-də Bakıda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Lent.az-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, saat 14:00 radələrində Z.Xəlil küçəsində naməlum şəxs orada yaşayan 1976-cı il təvəllüdlü Abdullayeva Gümüş Abdulla qızının boğazını kəsərək öldürüb.


İlkin məlumata görə, qadını əri Elçin Babazadə qətlə yetirib. Hazırda qətli törədənin müəyyənləşdirilməsi və tutulması istiqamətində iş aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar