Xəzər sahilində kişi meyiti tapılıb
14 aprel 2011 14:15 (UTC +04:00)

Xəzər sahilində kişi meyiti tapılıb

Bu barədə Lent.az-a Sabunçy rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayonun Kürdəxanı kəndindəki Ləhic bağları adlanan ərazisində, sahildən orta yaşlı kişi meyiti tapılıb. Meyit ekspertiza olunması üçün Patoloji Anatomiya Bürosuna göndərilib.

Qeyd edək ki, tapılmış meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb. Hazırda mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar