Bakıda şirkət işçisini döyüb, 5 min manatını aldılar
13 aprel 2011 10:49 (UTC +04:00)

Bakıda şirkət işçisini döyüb, 5 min manatını aldılar

Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 22.00 radələrində 7-ci mikrorayon ərazisində, Azərbaycan Beynəlxalq Universitetinin yaxınlığındakı 3126-cı məhəllədə 3 naməlum şəxs 1968-ci ildə Cəlilabad rayonunda anadan olmuş Bakı sakini Quliyev Rahim Müzəffər oğlunun qarşısını kəsib. Onlar paytaxtdakı şirkətlərdən birində çalışan R.Quliyevi döydükdən sonra üzərindəki 5000 manat pulu götürüblər və aradan çıxıblar.


Hadisə ilə bağlı zərərçəkmiş şəxs aprelin 13-də saat 02:40-da Binəqədi RPİ 5-ci PB-ya müraciət edib. O, soyğunçuları tanımadığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2-ci maddəsi ilə iş başlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar