Bəy və gəlinlərin üzüklərini mənimsəyən şəxsin başqa əməlləri ortaya çıxıb
11 aprel 2011 12:20 (UTC +04:00)

Bəy və gəlinlərin üzüklərini mənimsəyən şəxsin başqa əməlləri ortaya çıxıb

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən soyğunçuluq etdiyinə görə tutulmuş Rauf Orucovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, daha 5 nəfərin nişan üzüyünü mənimsədiyi məlum olub.

Araşdırmalar nəticəsində R.Orucovun İlkin Paşayev, Zeynəb İsgəndərova, Elməddin Məmmədov və Sabunçu rayonundakı “Meqa Plaza” şadlıq evində Firudin Həsənovla Ramilənin etimadlarını qazanaraq onlardan qızıl əşyalarını alması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar