Balıqçı qayığı çevrildi, 3 yaxın qohum dənizə düşdü
06 aprel 2011 14:29 (UTC +04:00)

Balıqçı qayığı çevrildi, 3 yaxın qohum dənizə düşdü

Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda bədbəxt hadisə baş verib. Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Qobustan qəsəbə sakini Kərimov Səbuhi Kərimxan oğlu müraciət edərək yaxın qohumlarının qayıqla dənizə balıq tutmağa getdiklərini, lakin onların qayığının çevrildiyini deyib.


Dərhal əraziyə müvafiq qurumların nümayəndələri və xilasedicilər cəlb olunub. Məlum olub ki, qayıq dənizin təxminən 1 kilometr daxilində çevrilib və orada olan Elçin Kərimov və Malik Qasımov üzərək sahilə gəlib çatıblar. Lakin 1986-cı il təvəllüdlü Kərimov Tural Qulam oğlu sahilə çata bilməyib və batıb.

Hazırda onun meyitinin tapılması istiqamətində iş aparılır.
Qeyd edək ki, Elçin Kərimov və Malik Qasımov yeznə-qayındır. Dənizdə boğulan T.Kərimov isə E.Kərimovun bibisi oğludur.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar