Bakıdakı azyaşlı “terrorçu”ların növbəti yalanı
06 aprel 2011 13:12 (UTC +04:00)

Bakıdakı azyaşlı “terrorçu”ların növbəti yalanı

Aprelin 5-də Bakıdakı metrostansiyalardan birinə partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı polisə növbəti yalan məlumat verilib. Lent.az-ın məlumatına görə, saat 19.00 radələrində özünü Orxan Əhmədov kimi təqdim edən yeniyetmə Ruslan adlı şəxsin metronun “Əzizbəyov” stansiyasına bomba qoyduğunu bildirib. O deyib ki, Ruslan eskalatordan düşərək sağ tərəfdəki mağazaya bomba qoyub.


Dərhal məsələ ilə bağlı polis müvafiq qurumları məlumatlandırıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilərin hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində metrostansiyasının ərazisində şübhəli əşya aşkarlanmayıb.

Artıq polisə haradan zəng edildiyi müəyyənləşdirilib. Zəng Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 430 saylı taksofondan olunub. Hazırda həmin yeniyetmənin şəxsiyyəti araşdırılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar