9-cu sinif şagirdi özünü öldürdü
06 aprel 2011 12:02 (UTC +04:00)

9-cu sinif şagirdi özünü öldürdü

Aprelin 5-də Biləsuvar rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Biləsuvar sakini, 1996-cı il təvəllüdlü Quliyev Mirzəbaba Şahin oğlu özünü yaşadığı evin həyətindəki tikilidə polietilen iplə asıb. Yaxınları onun meyitini asılı vəziyyətdə aşkarlayıblar.


Qeyd edək ki, intihar etmiş oğlan orta məktəbin 9-cu sinfində oxuyurmuş. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar