Möcüzə: Xaçmazda ev yandı, Qurana heç nə olmadı!
Aprelin 1-i səhər saatlarında Xaçmaz rayonunda yaşayış evi yanıb. Yanğın rayonun Xaspoladoba kəndində qeydə alınıb.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğın nəticəsində kənd sakini, 1976-cı il təvəllüdlü Coşğun Xalidova məxsus bir mərtəbəli yaşayış evi yanıb. Yanğın baş verən zaman evdə heç kim olmayıb. Bu səbəbdən xəsarət alan olmayıb. Qonşular dərhal Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinə yanğın barədə məlumat verib. Alovun söndürülməsinə iki yanğınsöndürən maşın cəlb olunub.
Yaşayış evinin 50 kvadratmetrlik hissəsi tamamilə yanaraq külə dönüb. Evdə müqəddəs Quran kitabı və dini əşyalar olan hissəsinə isə heç bir zərər dəyməyib. Ev sahibləri yanan alovun içərisində olan müqəddəs kitabın yanmamasını Allah möcüzəsi hesab edir.
İlkin ehtimallara görə, yanğın elektrik xətlərində baş verən qısaqapanma nəticəsində baş verib.
Vəli Turan

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB
27 iyul 2025 , 13:42
Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 , 13:40
Tovuzda qardaşının baltaladığı qadın öldü
27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO
27 iyul 2025 , 12:37Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO
27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı
27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ oldu
27 iyul 2025 , 06:20