Səbael bələdiyyəsinin sədri və iki vəzifəli şəxs həbs olunub
Bakının Səbael rayon bələdiyyəsinin sədri və iki vəzifəli şəxs həbs edilib. Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, vətəndaş Almas Xəlilov və Arif Şamilov martın 28-də “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, Səbael rayonu ərazisində torpaq sahəsi ilə təmin edilmələri barədə məhkəmə tərəfindən 2007-ci il iyulun 3-də qətnamə qəbul edildiyi halda, Səbael bələdiyyəsinin sədri Mübariz İbrahimovun, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin ərazi tikinti torpaq komissiyasının sədr müavini Cavid Həsənovun vasitəsilə bələdiyyənin xidməti ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmasına görə onların hər birindən 5 min manat olmaqla, cəmi 10 min manat pulu rüşvət kimi istəmələrini və tələb olunan rüşvətin müqabilində 8 min manat pulu vermələri barədə bələdiyyənin vəzifəli şəxsləri ilə razılaşdıqlarını bildirib.
Müraciətin araşdırılması ilə əlaqədar martın 29-da saat 12 radələrində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Səbael bələdiyyəsinin yerləşdiyi Bakı şəhəri, Əlibəyov qardaşları 61 saylı ünvana gəlib və şikayətçilər bələdiyyənin inzibati binasından çıxdıqdan sonra Almaz Xəlilov 8 min manat məbləğində pulu bələdiyyənin hüquqşünası Arif Əlizadəyə sonuncunun öz otağında verdiyini bildirdiyindən binaya baxış keçirilib.
Hal şahidlərinin iştirakı ilə Səbail bələdiyyəsinin sədr müavini Əliyar Fərzəliyevin iş otağında keçirilmiş baxış zamanı həmin vaxt otaqda olan Arif Əlizadənin istilik radiatorunun üzərinə qoyduğu qəzet parçasına bükülmüş vəziyyətdə şikayətçilərin prokurorluq orqanlarına müraciəti üzrə protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə eynilik təşkil edən 100 (yüz) və 50 (əlli) manatlıq əskinazlardan ibarət 8 min manat məbləğində pul aşkarlanaraq götürülüb.
Toplanmış materiallar əsasında martın 29-da Səbael bələdiyyəsinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalarla həmçinin müəyyən edilib ki, Mübariz İbrahimov həmin vəzifədə işləyərkən Ədliyyə Nazirliyinin Səbael rayon məhkəmə qərarlarının icrası şöbəsinin dəfələrlə etdiyi xəbərdarlıqlarına baxmayaraq, Səbael rayon məhkəməsinin həmin bələdiyyənin üzərinə Almas Xəlilov və Arif Şamilova fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada torpaq sahəsinin ayrılması vəzifəsinin qoyulması barədə qanuni qüvvəyə minmiş 2007-ci il 3 iyul tarixli qətnaməsini qərəzli olaraq icra etməyib.
Törətdiyi cinayət əməllərinə görə Cavid Həsənov və Arif Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət almağa görə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri, Mübariz İbrahimov isə qeyd olunan maddələrlə yanaşı, vəzifəli şəxs tərəfindən məhkəmə qərarını icra etməməyə görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 306.2-ci (vəzifəli şəxs tərəfindən məhkəmə hökmünü, qərarını icra etməmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

681