BQXK nümayəndələri Azərbaycanda əsir ermənilərə baş çəkiblər
31 mart 2011 12:27 (UTC +04:00)

BQXK nümayəndələri Azərbaycanda əsir ermənilərə baş çəkiblər

Bu barədə APA-ya BQXK-nın yayım şöbəsinin müdiri İlahə Hüseynova məlumat verib. Onun sözlərinə görə, əsirlərin saxlanma şəraitinin və fiziki durumlarının monitorinqi aparılıb. Əsirlərə ailələrindən məktub çatdırılıb.


Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.


Onu da əlavə edək ki, könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun 3 əsgəri öz istəyi və BMT-nin Azərbaycan nümayəndəliyinin vasitəçiliyi ilə bir müddət əvvəl üçüncü ölkəyə göndərilib. Bunlar 2009-cu ilin fevral ayında könüllü olaraq Azərbaycana keçmiş Qrant Markosyan, Rafik Tevosyan və Vartan Sarkisyandır. Onların hansı ölkəyə göndərildikləri açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar