Kürdəmirdə “vintaçan” davası: 2 yaralı
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Karrar kəndində 1980-ci il təvəllüdlü İsmayılov Rahib Rizvan oğlu və 1978-ci ildə anadan olmuş Ramazanov Zəka Mazan oğlu arasında münaqişə yaranıb. Bu zaman tərəflər bir-birinin ünvanına söyüş işlədib.
Nəticədə Z.Ramazanov əlindəki vintaçanla R.İsmayılova bir neçə xəsarət yetirib. Sonra isə daha cüssəli olan Rahib Zəkanın əlindəki vintaçanı əlindən alıb və onun döş qəfəsinə zərbə endirib. Hər iki şəxs yaxınlıqdakı şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi dəqiqləşdirilir.
Nizam RZA

556