Avtobusla “Ambulans” toqquşdu: 2 ölü, 16 yaralı
Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, Orxanqazi rayonunda təcili tibbi yardım maşını ilə şirkət işçilərini daşıyan avtobus toqquşub. Nəticədə “ambulans”da olan iki nəfər hadisə yerində ölüb. Avtobusda olan 13 şəxs və təcili tibbi yardım maşının 3 nəfərlik tibbi personalı isə yaralı halda Bursa xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, “ambulans”da ölən şəxslərdən biri xəstə, digəri isə tibb bacısı olub.
Qeyd edək ki, “ambulans”da ölən şəxslərdən biri xəstə, digəri isə tibb bacısı olub.
482