Baş Prokurorluq Quba məzarlığında araşdırma aparır
30 mart 2011 12:27 (UTC +04:00)

Baş Prokurorluq Quba məzarlığında araşdırma aparır

“2007-ci ildə Quba məzarlığı aşkarlanarkən Respublika Baş Prokurorluğu Milli Təhlükəsizlik Nazirliyi, Milli Elmlər Akademiyası, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinə müraciət edib və məsələnin araşdırılmasına başlanıb”.


Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə baş prokurorun birinci müavini Rüstəm Usubov məlumat verib. O bildirib ki, dərhal məsələ ilə bağlı Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib. Həmin müşavirənin qərarı əsasında 2010-cu ilin mayın 26-da cinayət işi başlanılıb və geniş əməliyyat qrupu yaradılıb.


Bu əməliyyat qrupuna Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqi başçılıq edir və buraya Quba, Şabran, Xaçmaz rayonlarından, həmçinin Bakıdan olan müstəntiqlər daxildir: “Çox geniş istintaq əməliyyat planı tərtib olunub. Biz həmin plana uyğun olaraq, Qubadakı məzarlığın hansı şəraitdə yarandığını, soyqrımın necə törədilməsini arxiv sənədləri ilə birgə araşdıracağıq və bundan sonra həm dünya, həm də yerli ictimaiyyətə geniş məlumat veriləcək”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6040

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46