Bakıda magistral qaz kəmərində yanğın
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, diametri 500 mm olan magistral qaz xəttinin Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza nəticəsində yanğın baş verib. Hadisə ərazisində olan mazut 45 kvadrat metr sahədə yanıb.
Dərhal həmin qaz xətti ilə qazın nəqli Qaz Emalı Zavodunun işçiləri tərəfindən dayandırılıb. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər ərazidən keçən magistral neft və qaz xətlərini yanğından mühafizə edib. Yanğın saat 20:29-da yanğınsöndürənlər tərəfindən tamamilə söndürülüb.

429