Bakıda avtoyuma məntəqəsindən “Tucson” qaçırılıb
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 29-da Zabrat qəsəbə sakini Ələz Səfərov ərazi üzrə Sabunçu RPİ 15-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, özünə məxsus “Hyundai Tucson” markalı avtomobili yaşadığı evin həyətində yerləşən avtoyuma məntəqəsinə verib. Lakin orada işləyən Vüsal adlı şəxs avtomobili qaçırıb.
Keçirilən əməliyyat tədbiri nəticəsində avtomobili qaçıran Zabrat qəsəbə sakini Vüsal İmanlı martın 30-u saat 02 radələrində yaşadığı evin qarşısında avtomobillə birlikdə yaxalanıb.
Araşdırma aparılır.

1465