DİN: “Evindən pul oğurlanan şəxs həmin Çingiz Məmmədov deyil...”
29 mart 2011 21:31 (UTC +04:00)

DİN: “Evindən pul oğurlanan şəxs həmin Çingiz Məmmədov deyil...”

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, bu məlumatın heç bir əsası yoxdur. “Evindən pul oğurlanan şəxs 1969-cu ildə Lerik rayonunda anadan olmuş Məmmədov Çingiz Nəriman oğludur. Onun müdafiə nazirinin müavini Çingiz Məmmədovla eyniləşdirilməsi ucuz sensasiya yaratmaq cəhdindən başqa bir şey deyil”.

Məlumatda bildirilir ki, sözügedən oğurluq hadisəsi ötən ilin sentyabr ayında Məmmədov Çingiz Nəriman oğlunun Bakıxanov qəsəbəsindəki evində baş verib: “Həmin hadisə zamanı oğurlanan pulun məbləği isə yayılan məlumatlardakı kimi 12 milyon deyil, 250 min manat olub”.

Məlumatda daha sonra deyilir ki, həmin oğurluq hadisəsini törədən iki nəfər 2011-ci il martın 15-də Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar