Bakıda mənzilə silahlı basqın edən şəxslər tutulub
29 mart 2011 10:36 (UTC +04:00)

Bakıda mənzilə silahlı basqın edən şəxslər tutulub

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxslər İnşaatçılar prospektində kirayədə yaşayan Bakı şəhər sakinləri Orxan Məmmədov və Fərid Məmmədova yaşadıqları mənzildə tapança ilə hədə-qorxu gələrək, 2 ədəd noutbuk və 3 ədəd mobil telofon götürüb.

Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 27-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Timur Məmmədov yaxalanıb. Ondan 1 ədəd “Baykal” markalı pnevmatik tapança götürülüb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Emil Məmmədov da tutulub.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar