Xəzərdə 3 nəfər batıb
Martın 28-də saat 13:54-də Xəzər dənizi sahilindən 6-10 km aralıda güclü külək nəticəsində balıqçı qayığının çevrilməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopterlə xilasedicilər göndərilib.
Axtarış-xilasetmə əməliyyatları zamanı dənizdən Lənkəran rayon sakini 1977-ci il təvəllüdlü Babayev Nurid Əziz oğlu sağ, həmin rayonun digər sakini 1957-ci il təvəllüdlü Mehbalıyev Fazil Nadir oğlunun isə cəsədi helikopterlə qaldırılaraq sahilə çıxarılıb.
Hazırda xilasedicilər tərəfindən dənizdə itkin düşmüş Lənkəran rayon sakini - 1957-ci il təvəllüdlü Həmidov Seyfulla Eynulla oğlunun tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

372