Toyda dava: 3 nəfər bıçaqlandı
Mingəçevir şəhərində keçirilən toy mərasimində 3 nəfər bıçaqlanıb. Şəhər Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, saat 18.30 radələrində Mingəçevir şəhərindəki "Kainat" şadlıq sarayında şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Quliyev münaqişə zəminində qardaşı Vidadiyə, qohumları Gündüz Mustafayevə və Elvin Qaçayevə bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.
Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Quliyev tutulub. R.Quliyev hadisəni törədərkən sərxoş olub.
Araşdırma aparılır.
Nizam RZA
Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Quliyev tutulub. R.Quliyev hadisəni törədərkən sərxoş olub.
Araşdırma aparılır.
Nizam RZA
504