Qəhrəmanlar unudulmur – Etibar Bəylər oğlu İsmayılov, İlqar Sədi oğlu İsmayılov
29 mart 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Etibar Bəylər oğlu İsmayılov, İlqar Sədi oğlu İsmayılov

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

Etibar Bəylər oğlu İsmayılov 1964-cü il martın 29-da Ağcabədi rayonunun Hindarx kəndində doğulub. O, 1990-cı ildən başlayaraq torpaqlarımızın müdafiəsində fəal iştirak edib, Ağdam özünümüdafiə batalyonunda vuruşub, Naxçıvanik, Şelli, Xocavənd istiqamətlərində qəhrəmanlıq nümunələri göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonu Qarakənd kəndi istiqamətində kəşfiyyat qrupunun tərkibində düşmənlə qeyri-bərabər döyüşə girib, axıra qədər vuruşub, güllələri qurtardıqdan sonra son qumbarası ilə düşmən tankının altına atılıb, düşmənin tankını sıradan çıxarıb, canlı qüvvələrini məhv edib, özü də qəhrəmanlıqla həlak olub və əsgər yoldaşlarının mühasirədən çıxmasına şərait yaradıb. Cəsədi döyüş meydanında qalıb. Hindarx orta məktəbi onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.


İlqar Sədi oğlu İsmayılov 1959-cu il martın 29-da Bakı şəhərində doğulub. O, Daxili İşlər Nazirliyinin kapitanı rütbəsində bir çox döyüşlərdə, o cümlədən, Şuşanın Malibəyli, Meşəli kəndlərində, Ağdam rayonu ərazisindəki döyüşlərdə iştirak edib. Onun rəhbərliyi altında kəşfiyyat əməliyyatları həyata keçirilib, ermənilər tərəfində döyüşən bir neçə xarici vətəndaş əsir götürülüb. 1992-ci ilin payızında onun rəhbərlik etdiyi 128 nəfərlik dəstə düşmənə ağır zərbə vuraraq Laçın rayonu ərazisində Qızartı yüksəkliyini ələ keçirib, igid komandir oktyabrın 1-də qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə büstü qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124

Oxşar yazılar