İki nəfərin öldüyü silahlı insidentlə bağlı cinayət işi başlanıb
Sumqayıtda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov məlumat verib.
Onun sözlərinə görə, faktla bağlı Sumqayıt Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə martın 26-dan 27-nə keçən gecə Bakı-Quba yolunun 28-ci kilometrliyində, Sumqayıt ərazisində yerləşən “Quba” kafesində qeydə alınıb.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri, 1984-cü il təvəllüdlü Azər Əsgərov “Makarov” markalı tabel silahı ilə Salyan rayon sakini, 1989-cu il təvəllüdlü Firuzə Əsədovaya bir dəfə atəş açaraq qətlə yetirib.
A. Əsgərov daha sonra tapançadan başına atəş açaraq özünə qəsd edib. Gizir ağır vəziyyətdə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

1520