Ordumuzun iki zabiti yol qəzasında ölüb
Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə martın 27-də gecə qeydə alınıb.
İçərisində zabitlərin olduğu “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin içində olan şəxslər, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Məmmədov aldıqları xəsarətlər nəticəsində hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

441