Günün tarixi
28 mart 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1483. İtalyan rəssam Rafael Santi anadan olub

1854. Krım müharibəsinin gedişində Fransa və İngiltərə Rusiyaya qarşı müharibə elan edib

1886. Aktyor Sidqi Ruhulla anadan olub.

1592. Məşhur çex pedaqoq Yan Amos Komenski anadan olub

1797. ABŞ-da paltaryuyan maşın patentləşdirilib

1868. Sovet yazıçısı Maksim Qorki anadan olub

1881. Rus bəstəkar Mussoqorski vəfat edib

1919. Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb

1930. Türkiyə hökuməti şəhərlərin yeni adlarını xarici ölkələrə rəsmən təqdim edib. Poçt xidməti üzərində “Anqora” və “Konstantinopol” adları olan məktubları ünvana çatdırmayacağını bəyan edib.

1965. Azərbaycan Milli Qəhrəmanı Anatoli Davidoviç anadan olub

1966. Cevdət Sunay Türkiyə prezidenti seçilib

1967. Vyetnamda müharibədə iştirakdan imtina edən Məhəmməd Əlinin boks lisenziyası ləğv edilib

1969. ABŞ hərbi və siyasi xadimi Duayt Eyzenhauer vəfat edib

1992. Azərbaycan Respublikası Suriya ilə diplomatik əlaqələr qurub

1992. Ermənilərin Cəbrayıl rayonunda “Kamaz-5410” markalı avtomaşını partlatması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb

1994. Rusiya və Qazaxıstan Baykonur kosmodromundan istifadəyə dair saziş imzalayıb

2003. BMT İraqa dair “neft əvəzinə ərzaq” adlanan qətnamə qəbul edib.

Günün aforizmi

“İnsan eşitdikləri və dedikləri ilə deyil, əmək fəaliyyəti ilə kamilləşir”.

Eynşteyn
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar