Tatlısəs mahnı oxudu, çiy küftə istədi
Silahlı hücum nəticəsində başından ağır yara alan Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin vəziyyəti yaxşılaşmaqdadır. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Acıbadem Maslak Xəstəxanasının baş həkimi Çağlar Çuhadaroğlu deyib ki, həzmi asan olan püre kimi qidalar qəbul etməyə başlayan İbrahim Tatlısəs çiy küftə yemək istədiyini də bildirib.
Ancaq həkimlər müğənniyə çiy küftə yeməyə icazə verməyiblər. Müğənninin Cem Yılmazın oxuduğu “Hayde” mahnısını dinləmək arzusu isə yerinə yetib. Dəfələrlə diskdə oxudulan mahnıya qulaq asan İbrahim Tatlısəs eyni vaxtda mahnının sözlərini səsləndirib. Hələ də reanimasiya şöbəsində olan İbrahim Tatlısəsin dünən üzü taraş olunub. Müğənni bığlarının kəsilməməsini istəyib.

858