“Fatoğlu” şirkətinin avtomobili və 200 min manatı yandı
Martın 23-də Bakı – Qazax yolunun Kürdəmir rayonunun Şilyan kəndi ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, “Range Rover” və “Fiat” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki avtomobil yanıb. “Fiat”ın sürücüsü və 3 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti nisbətən ağırdır. Avtomobil Gəncədə un istehsalçısı “Fatoğlu” şirkətinə məxsus olub, sərnişinlər isə şirkət əməkdaşları imiş. Onlar Bakıya 200 min manat pul gətirirlərmiş. Şirkət əməkdaşları özlərini xilas etsələr də, həmin pulu maşından çıxara bilməyiblər. Nəticədə avtomobillərlə birlikdə 200 min manat da yanaraq, külə dönüb..
Nizam RZA

603