Xaçmazda canavarlar kəndə hücum etdi
Martın 23-də Xaçmaz rayonunun Qaraqaşlı kəndinə canavarlar hücum edib. Kənd sakinlərinin Lent.az-a verdiyi məlumata görə, yırtıcılar kənd sakini Firuz Əmirova məxsus qoyunun birini elə həyətdəcə parçalayıb, digərini isə aparıblar.
Canavarlar kəndə sürü şəklində hücum ediblər. Zərərçəkən Firuz Əmirov bildirib ki, yırtıcılar bir neçə ay bundan öncə də onun təsərrüfatını hücum çəkib. O zaman canavarlar ona məxsus bir baş qoyunu parçalayıblar. Kənd sakinləri canavarların yaşayış məntəqələrinə hücumlarının intensivləşdiyini, ancaq yırtıcıların hücumunun qarşını almaq üçün aidiyyatı qurumların üçün heç bir tədbir görmədiklərini bildiriblər.
Vəli Turan

615