Qayınatası, qayınanası və qaynını güllələdi
22 mart 2011 22:34 (UTC +04:00)

Qayınatası, qayınanası və qaynını güllələdi

Martın 22-i axşam saatlarında Şabran rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Şabran rayon sakini İmran Mirzəyev eyni rayon sakini olan 3 qohumunu güllələyib. O, qaynanası, 1955-ci il təvəllüdlü Firəngiz, qaynı, 1979-cu il təvəllüdlü Elxan və qayınatası Nazim Həmidovları ov tüfəngi ilə vurub.

Onlardan ikisi - Firəngiz və Elxan Həmidovlar aldığı xəsarətdən dünyasını dəyişib.

Nazim Həmidov isə müxtəlif bədən xəsarətləri ilə Şabran rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, N. Həmidovun vəziyyəti normaldır.

Qohumlarının Lent.az-a verdiyi məlumata görə, hadisədən öncə İmran həyat yoldaşı Xanımı döyüb və atasının evinə göndərib. Bundan sonra qaynanasını özünə məxsus dükanda güllələyib. Daha sonra qaynatasını və qaynını güllələyib.

Qeyd edək ki, hadisəni törədən şəxs Qarabağ müharibəsi
veteranıdır, 3 övladı var. Hadisə nəticəsində dünyasını dəyişən Elxan isə 4 uşaq atasıdır.

Faktla bağlı Şabran rayon Prokurorluğunda AR CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb, araşdırmalar davam etdirilir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar