Başqa dünyanın adamının son yolçuluğu - DƏFNDƏN REPORTAJ
Azərbaycan kriminal aləminin məşhur adı «Masallı Mamed» ləqəbli Məmməd İsgəndər oğlu Hüseynov torpağa tapşırıldı. Bayram günü Bakı şəhərində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişmiş Mamedin nəşi martın 21-i gecə doğulduğu Masallı rayonuna aparılmışdı. Gecə saat 3 radələrində artıq mərhumun ata ocağına xeyli adam yığışmışdı. Xəbər ildırım sürəti ilə yayıldığından ətraf rayonlardan, müxtəlif bölgələrdən gələnlər vardı.
***
Biz Masallıya çatanda saat 13 radələri idi. Rayonun girişində gördüyümüz mənzərə artıq dəfnin səs-küylü olacağından xəbər verirdi. Polis mərkəzi küçələri bağlasa da, insaf naminə qeyd edək ki, avtomobil selinin düzgün istiqamətləndirməklə böyük tıxacın qarşısını ala bilmişdi. Amma bununla belə saat 14 radələrində mərhumun nəşi yerdən qaldırılıb Təpə adlanan qəbiristanlığa aparılarkən tıxac əmələ gəldi. Xeyli insanın müşayiəti ilə son mənzilə yola salınan «qanuni oğru» Quran oxunduqdan sonra Təpədə torpağa tapşırıldı.
Univermaq müdirinin oğlu
Məmməd İsgəndər oğlu Hüseynov 1960-cı ildə Masallı şəhərində anadan olub. Atası İsgəndər kişi rayonun tanınan və imkanlı kişilərindən idi. Univermaq müdiri olan İsgəndər kişinin evində Məmməddən başqa daha dörd qardaş və iki bacı böyüyüb. Məmməd evin böyüyü olub. Yaşıdlarının danışdığına görə, orta məktəbdə oxuyanda çox davakar uşaq imiş. Özündən böyük uşaqlarla belə dava etməkdən çəkinməzdi. Onun bu davakarlığının nəticəsidir ki, 10 illik orta təhsil dövründə bir neçə məktəb dəyişməli olub. Hətta iş elə gətirib ki, sonuncu dəfə onu Ərkivan kənd məktəbinə «sürgün» ediblər.
Orta məktəbi başa vurandan sonra gənc Məmməd ali məktəbə daxil olmaq istəyirmiş. Amma təsadüfi bir cinayət onun bütün həyatını dəyişib. Həbslər, həbsxanalar, saysız-hesabsız yatablar. Və oğru dünyası…
…
Yasda söhbətləşdiyimiz şəxslərin dediyinə görə, artıq srağagün gecədən Rusiyanın bir çox yerlərindən, xüsusən də Moskva və Sankt-Peterburqdan mərhumu tanıyanlar Bakıya, oradan da Masallıya gəlib. Onların arasında slavyan mənşəli «qanuni oğrular»ın, Mamedin gürcü «oğru» dostlarının da olduğu deyilir.
«Rəhmətlik ümumittifaq miqyaslı «qanuni oğru» idi. Və burda təəccüblü bir şey axtarmaq lazım deyil. Rəhmətlik Bəxtiyarın, Hikmətin də dəfninə «qardaş»lar gəlmişdilər. Mamed isə bu üçlük arasında sonuncu əfsanə idi» deyir həmsöhbətlərimizdən biri.
Şuşadan «Matrosskaya tişina»yadək
Mamedin oğru dünyasına getdiyi yol isə sizə qəribə də gəlsə, Şuşadan keçir. 1978-ci ildə, 18 yaşı təzəcə tamam olmuş Məmməd Masallıda milis işçisini vurur. Məhkəmə onu bir neçə il müddətinə azadlıqdan məhrum edir və cəzasını çəkmək üçün Şuşada yerləşən və İttifaqın ən sərt rejimi ilə seçilən qapalı tipli həbsxanasına göndərilir. Burda tale yenə Mamedi sərt sınağa çəkir. Dustaqlardan biri yoldaşlarını rəhbərliyə tez-tez “satdığına” görə, Mamed dözmür, onu öldürür. Bundan sonra o dövrün qanunlarına görə, Mamedi ölüm hökmü də gözləyə bilərdi. İkinci hadisə, özü də ölümlə. Mamed 15 il iş alır. Onu güllənmə hökmündən güclə xilas etmək olur.
***
Masallıda yasa gələnlər arasında tanınmışlar da az deyildi. Milli Məclisin deputatı Nəriman Əliyev, Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, əməkdar artist Baloğlan Əşrəfov bizim gördüklərimiz sırasında idilər. Yasda olduğumuz zaman belə bir xəbər gəldi ki, «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Məsimov Türkiyədən telefon açaraq mərhumun yaxınlarına başsağlığı verib.
Qroznıdan başlayan dostluq
Bu dəfə Mamed cəzasını Azərbaycanda çəkə bilmir. Onu Qroznıya, Şuşadakından da betər həbsxanaya göndərirlər. Orda Mamed bir sıra nüfuzlu avtoritetlərlə tanış olur. Xüsusən də gələcəyin iki «qanuni oğrusu» Mamed və dağlı Cavanşirin dostluğu burdan başlayır.
“Masallı Mamed” 1990-cı ildə azadlığa çıxır. Həmin vaxt o, artıq keçmiş SSRİ ərazisində kriminal aləmdə ən nüfuzlu şəxslərdən biri idi. Amma «qanuni oğru» deyildi. Bu adı o, hələ beş il sonra alacaqdı. Və bunun da maraqlı tarixçəsi var.
***
Mərhumun üç mərasiminin isə Rusiyadan çoxsaylı avtoritetin gələcəyi gözlənilir. «Çünki çoxu gec xəbər tutub. Moskvadan gələn qardaşlar xüsusi təyyarə tutublar. Eləsi də var ki, təyyarə münasib vaxta təsadüf etmədiyindən uça bilməyiblər. Rusiyanın ən nüfuzlu «qanuni oğruları»nın «Ot bratvı» adından çələng göndərəcəyi gözlənilir. Böyük ehtimalla üç mərasiminə daha böyük ikinci yas çadırı qurulsun» deyir həmsöhbətimiz…
Ona «oğru» adı Hikmətin toyunda veriləcəkmiş
1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Amma bu həbs müddəti də çox çəkmir. Mamed tezliklə azadlığa çıxır. Amma hardan. Moskvadakı məhşur «Matrosskaya tişina»dan.
1995-ci ildə Sabirabada böyük toy məclisi olacaqdı. O, dövrün ən nüfuzlu «qanuni oğrularından» olan Sabirabadlı Hikmətin toyuna Rusiyadan, Gürcüstandan belə nüfuzlu «oğru»lar yığışmışdı. Həmin vaxt mərhum Lotu Bəxtiyar təklif edir ki, məhz Hikmətin toyu günü həm Mamedi, həm də dağlı Cavanşiri «korenavat» edib «qanuni oğru» adı verilsin. Təklif bütün qardaşlar tərəfindən qəbul edilir. Amma Cavanşir “böyük qardaş” Bəxtiyara deyir ki, əvvəlcə adı Mamedə versinlər. Çünki o, onun üçün böyük qardaşdır. Bəxtiyar razılaşır. Toydan bir neçə gün sonra Bakıda əvvəl Mamed, sonra isə Cavanşir «qanuni oğru» adı alır. Oğruların həmin toplantısında Bəxtiyardan başqa, Hikmət, Mirseymur, Çingiz kimi «qanuni oğrular» da iştirak edir. Heç iki gün keçmir ki, iki azərbaycanlı «qanuni oğru»nun «korenavat» olması barədə xəbər Bakıdan tutmuş Vladivostoka kimi bütün cəzaçəkmə müəssisələrinə yayılır…
***
Yas mağarına girib mərhumun qardaşına başsağlığı veririk. Bir-birini tanımayan insanlar mərhum haqda öz xatirələrini danışır.
«Mən xəbəri səhər aldım. Tez də Masallıya gəldim. Özüm Moskvanın «Kiyevski» dəmiryolu vağzalının yanında gül dükanı işlədirəm. Bakıya bayrama gəlmişdim. Bir-iki günə geri qayıtmalıyam. Rəhmətliklə bircə dəfə görüşmüşəm, 98, ya 99-cu il idi. Bəlkə də səhv edərəm. Sadə adam idi. Heç məni tanımırdı da. Qayıtdı ki, nəsə problemin yoxdu ki? Dedim, Andro var gürcü, bizi hərdən narahat edir. Qayıtdı ki, onun uşaqları-yəqin reketləri demək istəyir-gəlsə, de ki, Androya desinlər mən Mamedin bacısıoğluyam. Qalanı ilə işin olmasın. Elə də etdim. İki-üç gün keçməmiş yenə gəldilər. Rəhmətliyin dediklərini onlara söylədim. Kiməsə zəng vurdular, danışdılar. Sonra da mənə qayıtdılar ki, Andro dedi ki, belə bir hörmətli qardaşın qohumu olduğunu niyə əvvəldən deməyib. Beləcə, məndən əl çəkdilər. Heç o vaxtdan Mamedi bircə dəfə də görməmişəm. Amma hadisəni eşidən kimi gəldim Masallıya. Gəlməsəydim özümü bağışlamazdım. Heç burda bilən yoxdu ki mən kiməm. Sadəcə öz borcumu verirəm. Adımı da soruşma. Nəyə lazımdı ki? Allah rəhmət eləsin!”.
***
Rusiyada yaşayan “Masallı Mamed” Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra Mamed Sabirabadlı Hikmətin dəfnində iştirak etmək üçün Azərbaycana gəlmişdi. Mərhumun üç mərasimindən sonra isə Rusiyadan dəfnə gələn kriminal avtoritetlərə birgə Azərbaycanı tərk etmişdi. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması gündəmə gətirilib.
***
Hikmətin ölümündən sonra xüsusən Rusiyada məskunlaşan Azərbaycan kriminal qruplaşma bərk sarsıntı keçirir, hətta qruplaşma daxilində parçalanmalar yaranır. Amma Mamed «böyük qardaş statusu»ndan istifadə edərək onları toparlaya bilir.
Çox keçmir ki, elə həmin il, 2006-cı ildə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Masallı Mamed” Füzuli Qulamhüseynov adlı şəxslə birlikdə həbs olunur. Rəsmi məlumata görə, M.Hüseynovun üzərindən “Makarov” tipli tapança, F.Qulamhüseynovun üzərindən isə narkotik maddə olan tiryək aşkar edilərək götürülür.
Əməliyyatçılar onları “Neolit” restoranı yaxınlığında həbs edirlər. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilir. 2006-cı ilin sonunda “Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir. Bir gün onun yanına Mizə Sakit gəlir. Mirzəyə deyir ki, hər işin öz xiridarı var, yaxşı şerlər yazırsan, yaz, amma siyasətlə məşğul olma. Mirzənin dediyinə görə, demək olar ki, hər gün onun yanına «peredaça» gəlirdi. «Əvvəl imkansız dustaqları ərzaq və ya siqaretlə təmin edirdi. Elə özü də sadə həyat keçirirdi. Böyük qardaş kimi dustaqlar onun xətrini çox istəyirdilər».
«Ded Xasan»la bir toplantıda
Mamed cəzasını çəkib yenidən Rusiyaya qayıdır. Amma zaman da həmin zaman deyildi. Putin Rusiyası «qanuni oğru»lara qarşı müharibə elan etmişdi. «Qanuni oğru»lar bir-bir “yoxa çıxır”, qətllərin üstü belə açılmırdı. Adi bir «sxodka» belə OMON hücumuna məruz qalırdı. Belə bir vaxtda Moskvadakı restoranların birində keçirilən toplantıda «Yusif Bakinski»nin tacqoyma mərasimi keçirilməli idi. Toplantı başlar-başlamaz OMON restoranı mühasirəyə alır. İştirakçılar, o cümlədən Mamed də saxlanılır, az keçməmiş isə buraxılır.
Çox keçmir ki, Rusiya kriminalitetinin «xaç» atalarından sayılan «Yaponçik» Vyaçeslav İvankov güllələnir. Onun dəfnində iştirak edən Mamed, sonra «Ded Xasan»ın başçılığı ilə keçirilən toplantıya dəvət olunur. Toplantıda Rusiya hüquq-mühafizə orqanlarının kriminalitetə basqısı və bundan sonra Moskvada mili qruplaşmalar arasında müharibəyə son qoyulması müzakirə olunur. Azərbaycan kriminal qruplaşmasını bu toplantıda Mamed təmsil edir.
Və son
O, 2009-cu ildə Azərbaycana qayıdır. Yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gəlir. Amma çox keçməmiş o, narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır. Ötən ilin sentyabrın 13-də Masallı rayon məhkəməsinin sədri hakim Cahangir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilərək 3 il müddətinə azadlıqdan məhrum edilir.
Cəzasını çəkmək üçün 1 saylı cəzaçəkmə müəssisəsinə göndərilir. Amma çoxsaylı həbslər öz işini görmüşdü. «Masallı Mamed»in səhhətində ciddi problemlər yaranmışdı. O, son vaxtlar pnevmaniyadan və və qara ciyərin serrozundan əziyyət çəkirdi. Üstəlik şəkər də bir yandan. Əcəl onu martın 20-i yaxalayır. Saat 14 radələrində səhhəti qəfil pisləşir. Həkimlər nə qədər cəhd etsələr də artıq gec olur. Mərhumun həyatını xilas etmək mümkün olmur. Beləcə, Masallıda İsgəndər kişinin evindən başlayan ömür 1-ci «kolon»da başa çatır…
Necə deyərlər, bu da son!
Səbuhi Məmmədli
Bakı-Masallı-Bakı

2625