Ağdamda polis özünü bıçaqlayıb.
Ağdamda polis özünü bıçaqlayıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, bıçaqla özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirən Anar Mikayılov Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşıdır. İlkin məlumatlara görə, o, ailə münaqişəsi zəminində özünə qəsd edib. Təcili Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan A. Mikayılova həkimlər cərrahi müdaxilə ediblər. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Ağdam RPŞ-dən əlavə məlumat verilməsə də, araşdırma aparıldığı bildirilib.
Faktla bağlı Ağdam RPŞ-dən əlavə məlumat verilməsə də, araşdırma aparıldığı bildirilib.
497