Ombudsman Aparatının əməkdaşları Eynulla Fətullayevlə görüşüblər
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Fətullayevlə aparılan söhbət zamanı jurnalist səhhətində bəzi narahatlıqların olduğunu, həkim müayinəsindən keçdiyini və dərman preparatları ilə təmin edildiyini bildirib. E.Fətullayev saxlanıldığı müəssisənin rəhbərliyi və əməkdaşları tərəfindən ona qarşı rəftardan şikayət etməyib.
Cəzaçəkmə Müəssisəsinin rəisi məhkumun səhhətinin nəzarət altında olduğunu və müəssisədə onun həyatına təhlükə olmadığını qeyd edib. O, həmçinin E.Fətullayevin öz xahişi ilə müəssisənin zirzəmisi olmayan birmərtəbəli binada cərimə təcridxanasının kamerasında təhlükəsiz şəraitdə tək saxlandığını bildirib.
Məhkuma bildirilib ki, Ombudsman onun vəziyyətini diqqətdə saxlayır və həkim müayinəsindən keçməsi ilə bağlı 17 mart 2011-ci il tarixdə müəssisə rəhbərliyinə tapşırıq verib. Eyni zamanda Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinə müraciət edilərək, həmin məhkumun müayinə edilməsini və müvafiq tibb xidməti göstərilməsini tövsiyə olunub. Baş Tibb İdarəsindən onun yaxın günlərdə bir daha müayinə ediləcəyi, mütəxəssislər tərəfindən ona lazımi tibbi yardımın göstəriləcəyi barədə Ombudsmana məlumat verilib.

540