Azərbaycanda 8 il əvvəl qətl törədən qadın Türkiyədə tutuldu
19 mart 2011 17:55 (UTC +04:00)

Azərbaycanda 8 il əvvəl qətl törədən qadın Türkiyədə tutuldu

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Gürcüstan vətəndaşı Raina Əhmədova Türkiyədə tutularaq respublikaya gətirilib.

Qeyd edək ki, məlum qətl hadisəsi 2003-cü il aprelin 2-də törədilib. Gürcüstan vətəndaşı Ramin Askarov və onun anası 54 yaşlı Göyçək Askarova Bakıdakı mənzillərində öldürülüblər.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətlərin Gürcüstanın Bolnisi rayonunda anadan olmuş 49 yaşlı Nazim Acalov və onun həyat yoldaşı, Tbilisi şəhərində anadan olmuş 38 yaşlı Raina Əhmədova tərəfindən törədildiyi müəyyən edilib. Hadisənin iştirakçısı olan N.Acalov 2009-cu ildə tutularaq azadlıqdan məhrum edilib. Qətlin digər iştirakçısı R.Əhmədova isə məsuliyyətdən yayınaraq bu günədək Türkiyədə gizlənib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar