Azərbaycan yollarında radarların sayı 120-ni keçib
18 mart 2011 20:12 (UTC +04:00)

Azərbaycan yollarında radarların sayı 120-ni keçib

Azərbaycanda magistral və şosse yollarında quraşdırılan radarların sayı 120-ni keçib. Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev bu aparatların quraşdırılma yerlərinə dair narazılıqlara da münasibət bildirib. O qeyd edib ki, “Yol Hərəkəti Haqqında” qanunda radarların yerləşdirilmə yerinin işarə verilməsi ilə bağlı mütləq tələb yoxdur: “Qanunda nəzərdə tutulmayıb ki, radar olan yerdə mütləq onun yol hərəkət nişanı da olmalıdır. Bu, mütləq deyil. Amma eyni zamanda respublika əhəmiyyətli yolların bəzi hissələrində quraşdırılmış radarlarla bağlı məlumat xarakterli işarə qoymuşuq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisdə hesabat verən Ombudsman Elmira Süleymanova ölkədə ən çox şikayətin yol polisindən, xüsusi ilə də yol kənarlarında quraşdırılmış radarlardan olduğunu bildirmişdi.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı:  Ölən və yaralananlar var

Qubada "Lexus" dərəyə aşdı: Ölən və yaralananlar var

15 dekabr 2024 , 20:47
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26