Cəbhə xəttində erməni əsgərin ölməsinə aydınlıq gətirildi
“Ermənilər yenə də yalan danışıqlar. Onlar 9 yaşlı azərbaycanlı uşağı qətlə yetirdiklərini gündəmdən çıxarmaq üçün belə əsassız xəbərləri ortaya atırlar. Ermənistan bununla beynəlxalq ictimai rəydə formalaşan uşaq qatili obrazını pərdələməyə çalışır. Onların göstərdiyi istiqamətdə ümumiyyətlə atəşkəs rejimi pozulmayıb”. Bu sözləri APA-nın sualına cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu martın 17-də Azərbaycan Ordusu tərəfindən bir erməni əsgərin öldürülməsi barədə ermənilərin yaydıqları məlumata münasibət açıqlayarkən deyib.
“Ancaq bizdə olan dürüst məlumata görə, Əsgəran rayonu ərazisində yerləşən Ermənistan Silahlı Qüvvələrinə aid hərbi hissədə martın 17-də əsgərlər arasında günorta saatlarında başlanan mübahisə atışma həddinə çatıb, nəticədə iki erməni əsgəri aldıqları güllə yarasından yerindəcə keçinib. Bir nəfər isə ağır vəziyyətdə səhra hospitalına yerləşdirilib. Onun hələ də koma vəziyyətində olduğu barədə məlumatlar var”, - deyə E. Sabiroğlu vurğulayıb.
Təmas xəttində atəşkəs rejiminin pozulmasına gəldikdə, mətbuat xidmətinin rəisi Azərbaycanın atəşkəsə riayət olunmasına maksimum dərəcədə çalışdığını qeyd edib: “Ancaq Ermənistan Silahlı Qüvvələri tərəfindən pozuntu olduğu halda Azərbaycan cavab verməyə məcbur qalır”.
Qeyd edək ki, Ermənistan mətbuatı martın 17-də Əsgəran istiqamətində atəşkəsin pozulması nəticəsində erməni hərbçi Aqaron Ayrapetyanın öldüyü barədə məlumat yayıb.

453