İslam Partiyasının Gəncə təşkilatının sədrini İnterpol axtarır
Azərbaycan İslam Partiyasının (AİP) Gəncə şəhər təşkilatının sədri Yusif Ələkbərov barəsində beynəlxalq axtarış elan edilib. Bu barədə APA-ya İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan bildirilib. Bürodan verilən məlumata görə, Y. Ələkbərov mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda və terrorçuluqda təqsirli bilinir. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Y. Ələkbərovun barəsində beynəlxalq axtarış elan edilib və bu barədə İnterpol üzvü olan ölkələrə sorğu göndərilib. Hazırda onun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir.
Qeyd edək ki, bu il yanvarın 14-də Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər İdarəsi və Gəncə Şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, D. Bünyadzadə küçəsi, ev 2-də yaşayan 1967-ci il təvəllüdlü Ələkbərov Yusif Fəxrəddin oğlunun evinə baxış keçirilib.
Baxış zamanı oradan 1 ədəd "AKSU", 1 ədəd nömrəsi silinmiş və qundağı kəsilmiş "AK-74", 1 ədəd qundağı kəsilmiş "AK-74", 1 ədəd "AKM", 1 ədəd nömrəsi silinmiş "AKM", 1 ədəd əldədüzəltmə "UZİ" silahları, 2 ədəd mərmi, 2 ədəd qumbara, 2 trotil şaşka, 1 ədəd fitil, 1191 ədəd müxtəlif çaplı güllə, 6 ədəd güllə darağı, 1 ədəd qılınc, 3 ədəd bıçaq, 1 ədəd portativ səsgücləndirici və ona aid 4 ədəd mikrofon, 38 ədəd dini məzmunlu plakat, dini ekstremizmi təbliğ edən 17 ədəd kitab və 20 ədəd disk aşkar edilərək götürülüb.
Evində əməliyyat aparılan zaman Y. Ələkbərov Kərbəla ziyarətində olub. Bu barədə məlumat alan kimi o, Azərbaycana qayıtmaqdan imtina edib. APA-nın əldə etdiyi məlumata görə isə Y. Ələkbərov hazırda İran İslam Respublikasının Qum şəhərində gizlənir.

989