Günün tarixi
18 mart 2011 00:20 (UTC +04:00)

Günün tarixi

1584. Rus çarı İvan Qroznı vəfat edib

1776. Corc Vaşinqtonun ordusu Bostonu tutub

1858. Alman mühəndis Rudolf Dizel anadan olub

1869. İngilis siyasi xadimi Nevil Çemberlen anadan olub

1871. Paris Kommunası bərqərar olub

1891. Paris və London arasında telefon əlaqəsi qurulub

1901. Rus İmperiyasının Nazirlər Komitəsi Rusiyadan Mil və Muğan düzlərinə 40 min nəfər kəndli köçürmək haqqında qərar verib

1915. Çanaqqala savaşında ağır itki verən müttəfiq qoşunları geri çəkilməyə başlayıb

1921. SSRİ və Polşa arasında Riqa sülhü bağlanıb

1923. Azərbaycan XKS və MİK “Azərbaycan SSR əhalisi arasında savadsızlığın ləğvi haqqında” qərar verib

1931. SSRİ XKS “SSRİ-nin neft rayonlarının elektrik enerjisi ilə təchiz edilməsi haqqında” qərar verib

1931. “Schick” firması elektrik üzqırxanı satışa çıxarıb

1940. Mussolini və Hitler arasında görüş keçirilib

1946. SSRİ-də 1946-50-ci illəri əhatə edən beşillik plan qəbul edilib

1965. Filippinin paytaxtı Manilada diskotekada yanğın nəticəsində 150 yeniyetmə həlak olub

1980. ABŞ SSRİ-yə müasir texnoloji vasitələr satmağı qadağan edib

1989. Gürcü-abxaz münaqişəsi başlayıb

1994. Ermənilər Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarəni vurub, 34 diplomat və ailə üzvləri həlak olub.

Günün aforizmi

“Qorxu qəddarlığın anasıdır”.

Mişel Monten
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449

Oxşar yazılar