Bakıda qəribə quldurluq
Kəlbəcər rayon sakini 1955-ci il təvəllüdlü Fariz Musayev müraciət edərək tanımadığı şəxslər tərəfindən döyüldüyünü, mobil telefonu və pulunun əlindən alındığını bildirib.
Belə ki, F.Musayev metronun “Memar Əcəmi” stansiyasının çıxışında səyyar telefon xidməti ilə məşğul olub. O, bir neçə telefonunu dəqiqəsi 20-30 qəpiyə olmaqla insanlara danışmağa verirmiş. Martın 16-da iki gənc oğlan ona yaxınlaşaraq telefonla danışmaq istədiklərini deyib və F.Musayev də “Motorola” markalı telefonu onlara verib. Telefonu götürən gənclər dərhal qaçıblar və yaxınlıqdakı Cavadxan küçəsi 1 ünvanındakı 5 mərtəbəli binanın dəhlizinə giriblər.
F.Musayev də onları təqib etməyə başlayıb və gənclərin ardınca sonuncu-beşinci mərtəbəyə qalxıb. Bu zaman gənclər telefonunu istəyən 56 yaşlı kişini xeyli döyüblər və onun cibində içərisində 400 manat pul olan pul qabını da götürərək aradan çıxıblar.
Hazırda quldurluq əməlinin törədən şəxslərin tutulması istiqamətində iş aparılır.
Nizam Rza

531